``Türk axını` Türkiyənin tranzit potensialını yüksəldəcək` - Putin


00:42     11 Mart 2017 140226-putin-russia-military-750a_4eeedb96f23edfb4cd42615d86323da2_0.jpg

"Türk axını" layihəsinin həyata keçirilməsi Türkiyəyə qaz ixracının həcmini artıracaq və bu ölkənin tranzit potensialını yüksəldəcək".


Femida.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən iclasında deyib.

O ötən ay "Türk axını" qaz kəmərinin tikintisi layihəsi ilə bağlı hökumətlərarası müqavilənin qüvvəyə mindiyini söyləyib: "Bu layihənin praktiki olaraq reallaşdırılması Türkiyəyə ixrac olunan təbii qazın həcmini artırmağa imkan verəcək, Türkiyənin tranzit potensialını yüksəldəcək".

Rusiya prezidenti iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı "əsl strateji əməkdaşlıq" adlandırıb. O, Türkiyənin Rusiyadan qaz tədarük edən ölkələr arasında ikinci yerdə olduğunu vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 835


Oxşar xəbərlər